ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə əsasən uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi 4,25-4.50 %-dək artırıb.
Teleqraf.com xəbər verir ki, FED-in yaydığı məlumatda bildirilir ki, Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir.
"Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib".
Xatırladaq ki, FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.