15 Dekabr 2022 12:26
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 089,591 milyon manat təşkil edib.

Teleqaf.com xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,3 % artaraq 1 milyard 261,014 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,8 % artaraq 3 milyard 621,416 milyon manat, aksizlər üzrə daxilolmalar 2,3 % artaraq 149,815 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 43,5 % artaraq 57,346 milyon manat olub.


Müəllif: Teleqraf.com