Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qurum bəyan edib ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30,7%-i səviyyəsində qalıq yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23,5 milyard ABŞ dolları və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çox müsbət saldo yaranıb.