16 Dekabr 2022 15:04
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyin dövrünə nisbətən 62,9% çoxdur.

11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon dolları ixracın, 12 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 83,5%, idxal isə 23,7% artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 454 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər