15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz feysbuk səhifəsində yazıb.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorundan dövlət büdcəsində daxilolmalar 7,9 milyard manata çatıb: “Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”.