22 Dekabr 2022 13:57
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən ilin ixracat birincisi olan “Baykar TB2” hazırda 27 ölkəyə ixrac olunur.

Teleqraf.com xəbər verir ki, bunu "Baykar" İdarə Heyətinin sədri Səlcuq Bayraktar deyib.

O, “Baykar TB2”nin ilk prototipini 2009-cu ildə reallaşdırdıqlarını xatırladıb: “Baykar TB2” 20 illik macərasında gəlirinin 75 faizindən çoxunu ixracdan qazanıb. Bu il gəlirlərinin 98 faizi ixracdan əldə olunub”.

Bayraktar qeyd edib ki, Türkiyənin ilk pilotsuz uçan aparatı olan “Akıncı TİHA” üçün 5 ölkə ilə ixrac müqaviləsi imzalayıb:

“İlk dəfə 2019-cu ildə sınaqdan çıxarılan “Akıncı TİHA” 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. 6 kiloqramlıq kütlədən başlayan bu PUA-lar 6 tonluq bir həddə çatıb. PUA-lar türk mühəndisləri tərəfindən hazırlanmış elektronika, proqram və hissələri olan platformalardır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər