Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-noyabr aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 1 378,7 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun 90,7 faizini təşkil edir. Bu barədə Teleqraf.com Komitənin rəsmi saytına istinadən məlumat verir.
Ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 9,6 faiz artıb.
Məlumata görə, yanvar-noyabr aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 256,85 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 910,45 milyon manat, aksizlər - 74,3 milyon manat, yol vergisi isə 16,15 milyon manat təşkil edib.
DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.