17 Dekabr 2014 11:28
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində (ƏVD) kütləvi informasiya vasitələri nümayəndələri (KİV) üçün “Açıq qapı” günü keçirilib.

Teleqraf.com-un məlumatına görə, 2 saylı ƏVD-nin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov tədbirin vergi orqanlarının fəqaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə şərait yratdığını qeyd edib. O, deyib ki, 2012-ci ildə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı” çərçivəsində şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət oqranlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi müxtəlif sahələr üzrə “Açıq qapı” günləri təşkil edir.

Abbas İsmayılov departamentin əsas fəaliyyət istiqamətləri, onun əhatə dairəsinə daxil olan vergi ödəyicilərinin sayı, ümumi vergi daxilolmalarında onların payı və sair haqqında “Açıq qapı” iştirakçılarına məlumat verdi. KİV nümayəndələrini departamentin inzibati binası ilə tanış edən Abbas İsmayılov vergi borcları və ödənişin vəziyyəti barədə iştirakçıları məlumatlandırdı.

Vergilər Nazirliyinin Vergi Borclarının alınması işinin təşkili idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Tural Quliyev “Vergi borclarının alınması” mövzusunda təqsimatla çıxış etdi. Vergi borclarının tərkibi və borc məbləğlərinin dinamikası, borcun yaranma səbəbləri, vergi borclarının dövlət büdcəsinə alınması istiqamətində görülən tədbirlər barədə məlumat verən Tural Quliyev vergi orqanlarının hər bir borclu vergi ödəyicisinə fərdi yanaşmağa çalışdıqlarını dedi. O, bildirdi ki, yaranmış vergi borcu və təqdim edilməmiş bəyannamələrlə bağlı məlumatın vergi ödəyicilərinə operativ şəkildə çatdırılması məqsədilə, mütəmadi olaraq onların mobil telefonlarına yazılı mesaj göndərilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər