Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağındakı 1178 nömrəli quyuda qazma işlərinə başlayıb.
Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qırməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur.