22 Dekabr 2014 10:20
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, 2014-cü il dekabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 5012 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini ( 19 724 nəfər) kişilər, 10,8 faizini (2 388 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları ( 11 815 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 492 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 269 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (864), Çin Xalq Respublikası (741) Hindistan (605), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (331), Ukrayna (244), Özbəkistan (235), Banqladeş Xalq Xespublikası (202), Filippin ( 189), Almaniya ( 185), Türkmənistan (181), ABŞ (164), Qazaxıstan (154), İtaliya (144), Koreya Respublikası ( 135), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir.

Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən sığorta-pensiya sistemində Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu həyata keçirilir.


Müəllif: