"Apple Japan” şirkəti əcnəbi turistlərə topdansatış məhsullarına aksiz vergisi tətbiq etmədiyi üçün 14 milyard yen (105 milyon dollar) məbləğində cərimələnib.
Teleqraf.com xəbər verir ki, Tokio Regional Vergi Agentliyi “Apple”ın Yaponiya filialının 2020-2021-ci illər üçün təxminən 140 milyard yen dəyərində aksiz vergisiz satışlarını araşdırıb.
Araşdırmaya əsasən, brendin bəzi filiallarında xarici turistlərə “iPhone” daxil bəzi məhsulların topdan satıldığı və bu satışlarda istehlak vergisinin tətbiq edilmədiyi aşkarlanıb.
Vergilər İdarəsi şübhələnir ki, istismarda iştirak edən şəxslər Yaponiyanın vergi qaydalarından yan keçərək, topdansatış məhsulların mümkün təkrar satışla bağlı mənfəət marjalarını artırıblar.
Məlumata görə, 2022-ci maliyyə ili satışları 26 milyard dollara çatan “Apple Japan” bu ilin iyun ayında öz qərarı ilə vergidən azad satışlarını dayandırıb.