10 Yanvar 2023 18:09
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask yenidən adından söz etdirməyi bacarıb.

Teleqraf.com xəbər verir ki, Ginnesin Rekordlar Kirabı milyarderi “tarixdə sərvətini ən çox itirən şəxs” adlandırıb.

Beləliklə keçən il sərvətinin böyük hissəsini itirən İlon Mask rəsmi olaraq “tarixdə ən böyük şəxsi sərvət itkisi” üzrə dünya rekordunu qırıb.

“Forbes” jurnalı bu yaxınlarda Maskın xalis sərvətinin bir il ərzində 183 milyard dollar azaldığını, “Bloomberg” isə onun zərərinin təxminən 200 milyard dollar olduğunu açıqlamışdı.

Maskın sərvəti 2021-ci ilin noyabrında zirvəyə çataraq 340 milyard dollara çatıb. Bununla belə, onun sərvətinin ən böyük payına sahib olan “Tesla” səhmləri kəskin şəkildə azalıb.

“Forbes”in son hesablamalarına görə, Maskın sərvəti təxminən 144,4 milyard dollardır.


Müəllif: Yeganə Oqtayqızı