20 Yanvar 2023 15:52
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş qitənin 93 ölkəsində fəaliyyət göstərən qlobal moda brendi “DeFacto” dünyanın aparıcı maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə güclərini birləşdirib.

Teleqraf.com xəbər verir ki, AYİB 1,1 milyard TL (585 milyon 249 min 573 dollar) sərmayə ilə “DeFacto”nun səhm paketini alıb.

İmzalanma mərasimində çıxış edən “DeFacto”nun baş direktoru İhsan Ateş bildirib ki, bu əməkdaşlıq şirkətin qloballaşma üzrə uzunmüddətli uğurunun konkret göstəricisidir: “AYİB ilə tərəfdaşlığın təkcə “DeFacto” üçün deyil, həm də pərakəndə satış sənayesi üçün çox mühüm addımdır. Bu tərəfdaşlığın gücü ilə xaricdə böyüməmizdə böyük irəliləyiş əldə etdik və bunu daha da sürətləndirəcəyik. 2027-ci ilə qədər 180 ölkədə olacağıq”.


Müəllif: Yeganə Oqtayqızı