20 Yanvar 2023 22:28
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Şırnak şəhərinin Akçay bölgəsində yerləşən Qabar dağındakı 7 quyuda gündəlik 7800 barel neft hasilatı var. Bu əraziyə çox yaxın bölgədə daha bir kəşfiyyat qazmasına başlamaq üzrəyik. Hazırda qazma qurğusu bölgəyə ötürülür. Hava şəraiti imkan verdiyi təqdirdə orada da qazma işlərinə başlayacağıq. Ümid edirik ki, bir neçə aya orada da müsbət nəticə əldə edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Fatih Dönməz Filyos təbii qaz emalı müəssisəsində bildirib.

Nazir əsasən sualtı əməliyyatlarda iştirak edəcək “Güc” gəmisində olub və işləri yerində yoxlamaq üçün Filyosa gəlib: “Qazı emal edəcək Filyos təbii neft-qaz emalı müəssisəsində işlərin böyük hissəsi tamamlanıb. Sakarya qaz sahəsində işlər tam sürətlə davam edir. Dünən gecə burada idik, sahəyə getdik. İşçilərimizin sayı hər gün artır. Quru tərəfdə 7300, dəniz tərəfində isə 2200 işçi olmaqla cəmi 9500 nəfərlə bu xidmətləri həyata keçiririk.

Bu layihə Türkiyənin enerji sahəsindəki müstəqillik hekayəsinin ən önəmli aktyorlarından biri olacaq. Biz buna inanırıq. Ümid edirik ki, bu qazı çox qısa müddətdə millətimizə çatdıracağıq. Hər şey yolunda getsə, inşallah planlaşdırdığımız tarixdə istifadəyə veriləcək”.

Qeyd edək ki, 2020-ci ilin iyulunda “Fatih” qazma gəmisi vasitəsilə Qara dənizdə Türkiyə tarixində ən böyük qaz yatağı - 405 milyard təbii qaz ehtiyatı kəşf edilib.


Müəllif: Yeganə Oqtayqızı