20 Yanvar 2023 20:41
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın qida sistemini dəyişdirmək üçün 30 milyard dollar investisiyaya ehtiyacı var. 2030-cu ilə qədər bu ehtiyac 300 milyard dollar olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Davos Dünya İqtisadi Forumunda danışan Afrikada Yaşıl İnqilab Alyansının (AGRA) prezidenti, professor Agnes Kalibata deyib.

Kalibata çıxışında dünyanın tamamilə bölündüyünü vurğulayıb: “Qida, enerji və su ən böyük problemlərdəndir. Necə davam edəcəyimizlə bağlı razılaşmırıq. Bəzi insanlar üçün həyat resurslarına çıxış mümkün deyil”.


Müəllif: Yeganə Oqtayqızı