22 Yanvar 2023 23:28
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlanddakı Avropanın ən böyük qaz yatağının bağlanmasının əsas səbəbləri təhlükəsizlik məsələləridir.

Teleqraf.com xəbər verir ki, hökumət bu il oktyabrın 1-dək seysmik təhlükəli olan Qroningen qaz yatağının bağlanmasını planlaşdırır.

Eyni zamanda, hazırda ölkədə və Avropada qaz ehtiyatının kifayət qədər olub-olması üzrə monitorinq davam edir. Bildirilir ki, yatağın bağlanması qitədə əhəmiyyətli qaz qıtlığına səbəb ola bilər.

Bununla yanaşı, qeyd olunur ki, zərurət yaranarsa, yatağın işi 2024-cü ilin oktyabr ayına qədər uzadıla bilər.


Müəllif: Teleqraf.com