23 Yanvar 2023 12:22
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya və Argentina ortaq valyuta qəbulu üçün hazırlıqlara başlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “Financial Times” yayıb.

İki ölkə liderinin bu həftə hazırlıqların başlaması ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Braziliya yeni pul vahidi üçün "sur" (cənub) adını təklif edib və ortaq valyuta bu həftə Buenos-Ayresdə keçiriləcək sammitdə müzakirə olunacaq.

Birgə yeni valyuta ilə iki ölkə regional ticarəti gücləndirməyi və ABŞ dollarından asılılığı azaltmağı hədəfləyir.

Qeyd edək ki, Braziliya və Argentina ilk dəfə 2019-cu ildə ortaq valyuta yaratmaq təklifini gündəmə gətiriblər. Braziliya Mərkəzi Bankının bu təklifə qarşı çıxmasından sonra heç bir irəliləyiş əldə olunmamışdı.


Müəllif: Yeganə Oqtayqızı