24 Dekabr 2014 14:06
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər dünyanın bir çox ölkələrində hökm sürən iqtisadi böhran Azərbaycana hər hansı ziyan vurmayıb”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son 10 ildə müstəqil Azərbaycan dövləti dünyada yüksək nüfuza malik ölkəyə çevrilib. Ş.Mustafayev deyib ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, indi bu rəqəm 80 faiz üzərindədir: “Son 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, ümum daxili məhsul istehsalı 3 dəfə artıb. Ötən 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib. Son illər dünyanın bir çox ölkələrində yaranan iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Dünya iqtisadiyyatında cərəyan edən böhranın Azərbaycana təsirinin qarşısının alınmasında ölkə başçısı İlham Əliyevin xüsusi tapşırıqları var. Ölkədə qeyri neft sektorunun inkişafı göz qabağındadır. Eyni zamanda, metallurgiya sahəsində yeni inkişaf mərhələsini qeyd etmək yerinə düşər. Son illər yüzlərlə müəssisə açılıb. Qeyri neft sənayesi 2,2 dəfə artıb. Bu ilin sənaye ili elan edilməsi ölkədə sənayenin inkişafını sürətləndirdi. Son 10 ildə ölkədə 3 mindən çox məktəb, 40 olimpiya idman kompleksi istifadəyə verilib, milyondan çox yeni iş yeri açılıb. Ölkə başçısı bununla yanaşı sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı xüsusi tapşırıqlar verib. Nəticədə bu gün Azərbaycanda çox güclü özəl sektor formalaşıb. Ümumi daxili məhsulda özəl sektorun payı 82,5 faiz təşkil edir”.


Müəllif:

Oxşar xəbərlər