25 Yanvar 2023 11:19
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.

Bu barədə Teleqraf.com-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasıda iştirak edəcək mötəbər qonaqların siyahısı hələki dəqiqləşdirilir.

Tədbirdə beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.

Toplantının sonunda nazirlərin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.


Müəllif: Teleqraf.com