28 Yanvar 11:03
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Wall Street”in ən böyük banklarından olan “Goldman Sachs”ın baş direktoru David Solomonun qazancı bankın səhm qiyməti və gəlirliliyi aşağı düşməsilə 2022-ci ildə 30 faiz azalaraq 25 milyon dollar olub.

Teleqraf.com “Goldman Sachs”ın yayadığı məlumata istinadən xəbər verir ki, David Solomonun əsas maaşı 2 milyon dollar, digər ödənişləri isə 23 milyon dollar olub.

Onun bonuslarının 16,1 milyon dollarlıq qismi səhm sənədi performansından əldə edilib.

Solomon 2021-ci ildə 35 milyon dollarla ABŞ-da ən çox qazanan bank direktorlarından biri olmuşdu.

İnvestisiya bankçılığı və sərvətlərin idarə olunması gəlirlərinin kəskin şəkildə azalması ilə bankın mənfəəti 2022-ci ildə 48 faiz azalaraq 11,3 milyard dollara düşüb. Ötən il şirkətin səhmləri də 10 faiz ucuzlaşıb.

Bu il “JPMorgan”ın baş direktoru Ceymi Dimonun qazancı dəyişməyərək 34,5 milyon dollar olub.


Müəllif: Yeganə Oqtayqızı