28 Yanvar 15:20
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask ABŞ Prezidenti Co Baydenin təmiz enerji və infrastruktur işləri üzrə baş məsləhətçiləri Con Podesta və Meri Lendrü ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer açıqlayıb.

Ağ Ev sözçüsü bildirib ki, Maskla məsləhətçilər inflyasiyanın azaldılması və infrastruktur qanunu çərçivəsində elektrik avtomobillərinin rolunu, yanacaq əvəzinə elektrikdən istifadənin artırılmasını müzakirə ediblər.

Görüş Baydenin infrastruktur işlərinə və iqtisadiyyata nə qədər ciddi yanaşdığını göstərir.


Müəllif: Yeganə Oqtayqızı