31 Yanvar 2023 11:48
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də virtual keçiriləcək “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasda üzvü ölkələrin hasilat siyasətinə əməl ediləcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu gün keçiriləcək Birgə Nazirlər Kabinetinin iclasında hazırkı hasilat siyasətinin dəyişdirilməməsi ilə bağlı tövsiyə veriləcək.

Bununla belə, Komitə lazım bildiyi halda “OPEC+” üzvlərinin tam iclasını çağıra bilər.

Müzakirə ediləcək yeni vəziyyət olmadığı üçün bu gün “OPEC+” Birgə Texniki Komitəsinin iclasının keçirilməməsinə qərar verilib.

Qeyd edək ki, “OPEC+” oktyabrda keçirdiyi iclasda 2023-cü ilin sonuna qədər hasilatı 2 milyon barel/gün azaltmaq qərarına gəlib.


Müəllif: Yeganə Oqtayqızı