1 Fevral 2023 10:38
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir. Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzv Vüqar Bayramov deyib.

Deputat Dövlət Statistika Komitəsinə istinadən qeyd edib ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 14,6 faiz artıb: “Əməkhaqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edəcək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. Bu baxımdan indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir.

Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər