Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,85 ABŞ dolları, yaxud 1 % azalaraq 84,34 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, fevralın 21-də hərracların nəticələrinə görə “Brent” markalı neftin aprel fyuçersləri 82,82 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.