SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, aksiya Gülüstan qəsəbəsi, Əziz Əliyev adına Parkda baş tutacaq.
“Səyyar qəbul otağı” martın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.