Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,87 % artaraq 86,71 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 84,43 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.