27 Mart 2023 11:01
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Çində neft emalı və neft-kimya zavodu tikib istifadəyə verəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Saudi Aramco” açıqlayıb.

Məlumata görə, Çinin “Norinco” və “Panjin” şirkətləri ilə ortaq müəssisə fəaliyyətə başlayıb.

“Saudi Aramco” müştərək müəssisənin 30 faizinə, “Norinco” 51 faizinə və “Panjin” isə 19 faizinə sahib olacaq.

Şirkətlərin birgə müəssisəsi ilə gündəlik istehsal gücü 300 min barel olan neft emalı zavodu, həmçinin illik 1,65 milyon ton etilen və 2 milyon ton paraksilen istehsal gücünə malik neft-kimya zavodu tikiləcək.

Layihə lazımi təsdiqləri aldıqdan sonra tikintiyə 2023-cü ilin aprelindən sonra başlanması planlaşdırılır. Neft emalı və neft-kimya müəssisələrinin 2026-cı ildə istismara verilməsi gözlənilir.

Ekspertlər Səudiyyə Ərəbistanının bu həmləsinin ABŞ-ı qəzəbləndirəcəyini düşünürlər.


Müəllif: Yeganə Oqtayqızı