27 Mart 2023 11:33
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Milli Bankının İdarə Heyətinin sədri Əmmar Əl Xudairi tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, Əmmar Əl Xudairi İsveçrə bankı “Credit Suisse” böhranının aparıcı fiquru kimi tanınır.

O, martın 16-da verdiyi açıqlamada bundan sonra “Credit Suisse”i dəstəkləməyəcəklərini bildirib: “İsveçrə Mərkəzi Bankının açıqlamalarına əsasən, hər şey qaydasındadır. Düşünürəm ki, bank daha çox kapitala ehtiyac duymayacaq”.

“Credit Suisse”də 9,9% paya sahib olan Səudiyyə Milli Bankının ən yüksək vəzifəli şəxsindən gələn bu açıqlamadan sonra adıçəkilən bankdan qaynaqlanan böhran dərinləşib.


Müəllif: Yeganə Oqtayqızı