SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Ağdaş rayonunda görüşü təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, aksiya Ağdaş şəhəri, Habil Əliyev adına musiqi məktəbində baş tutacaq.
“Səyyar qəbul otağı” martın 29-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.