Fransanın paytaxtı Parisdə 5 bankın baş ofisində vergidən yayınma şübhəsi ilə axtarış aparılıb.
Teleqraf.com xəbər verir ki, Milli Maliyyə Prokurorluğu (PNF) “Societe Generale”, “BNP Paribas”, “Exane”, “Natixis” və “HSBC” banklarında axtarışı icra edib.
Sözügedən banklarla bağlı çirkli pulların yuyulması və yüksək dərəcədə vergidən yayınma iddiaları nəticəsində ilkin araşdırma 2021-ci ildə açılıb.
“Cum-Ex” transsərhəd vergi fırıldaqçılığı araşdırma mərkəzinə görə, Almaniya və Hollandiya başda olmaqla Avropada da bənzər araşdırmalar açılıb. Mərkəz Avropa miqyasında 20 ildə vergidən yayınmanın 140 milyard avroya çatacağını təxmin edir.