İndiyədək büdcəyə vergi daxilolmaları artıq 45 milyon lari təşkil edib.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, vergi daxilolmaları planı artıqlaması ilə icra olunub.
"Dekabrın 29-na olan vəziyyətə görə, illik plan (6 milyard 820 milyon) 20 milyon lari artıqlaması ilə yerinə yetirilib (1 dollar = 1,86 lari). Bu gün isə büdcəyə vergi daxilolmaları üzrə plan da 100 faiz yerinə yetirilib", - Maliyyə Nazirliyi xəbər verir.