31 Mart 2023 14:26
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask şirkətin ikinci ən böyük bazarı olan Çinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, milyonçunun Çinin baş naziri Li Çianqla görüşü planlaşdırılır.

Çin “Tesla”nın ABŞ-dan sonra ikinci ən böyük bazarı olsa da, Şanxay fabriki elektrik avtomobil istehsalçısının ən böyük istehsal mərkəzi kimi tanınır.

Sözügedən səfər baş tutsa, bu, Maskın epidemiyadan sonra Si Cinpinin üçüncü prezidentlik dövründə Çinə ilk səfəri olacaq.

“Tesla Inc.”nin Çindəki zavodun satışları şirkət tərəfindən endirimlərin təsiri və istehlakçı xərcləri yenidən sürət qazandığı üçün fevral ayında artıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının açıqladığı ilkin məlumatlara görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” fevral ayında Şanxaydakı müəssisəsindən ümumilikdə 74 min 402 avtomobil satıb. Buna görə satışlarda əvvəlki ilin eyni dövrünə görə 31,65 faiz, bir əvvəlki aya görə isə 13 faiz artım olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər