Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24 % artaraq 87,81 ABŞ dolları təşkil edib.
Bu barədə Teleqraf.com-a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 84,93 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.