Fransanın LVMH şirkətinin sahibi olan milyarder Bernard Arno dünyanın ən varlı adamı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg Billionaires Index”ə görə, 73 yaşlı Arno 170.6 milyard dollar, 51 yaşlı İlon Mask isə 163.1 milyard dollar sərvətə sahibdir.
Qeyd olunur ki, Maskın sərvətinin azalması dəyərinin 50%-ni itirən “Tesla” səhmləri ilə bağlıdır.
Eyni zamanda, Arno uzun müddətdir ki, dünyanın ən zəngin adamları siyahısında yüksək yer tutur, lakin onun sərvəti heç vaxt amerikalı texnoloji milyarderlərinki qədər sürətlə artmayıb.
İndi "Forbes"ə görə, planetin ən zəngin on adamı belə görünür:
1. Bernard Arnault - 210,8 milyard dollar, lüks mallar və kosmetika istehsal edən şirkətlər qrupunun rəhbəri və ən böyük səhmdarı. Fransızdır.
2. İlon Mask -196,5 milyard dollar, əslən Cənubi Afrikadan olan amerikalı milyarderdir. Tesla avtomobil şirkətinin sahibi, SpaceX kosmik şirkəti və s. Bu yaxınlardan Twitter sosial şəbəkəsinin sahibidir.
3. Ceff Bezos -117,4 milyard dollar, onlayn satış üzrə dünya lideri olan Amazon korporasiyasının amerikalı sahibidir.
4. Larri Ellison -112,3 milyard dollar, biznes proqram təminatı və server avadanlıqlarının əsas istehsalçısı və təchizatçısı olan Oracle şirkətinin amerikalı həmtəsisçisidir.
5. Uorren Baffet -106,4 milyard dollar, amerikalı, iqtisadiyyatın müxtəlif sektorlarından (batareya istehsalından fast food şəbəkələrinə qədər) onlarla yüksək gəlirli şirkətlərə sahib olan Berkshire Hathaway investisiya konqlomeratının rəhbəridir.
6. Bill Qeyts -104,9 milyard dollar, amerikalı, Microsoft-un qurucusu və ən böyük səhmdarıdır.
7. Carlos Slim Elu - 89,9 milyard dollar, meksikalıdır və Latın Amerikasında bir çox şirkətə, o cümlədən regionun ən böyük mobil telefon şirkəti América Móvil-in sahibidir.
8. Mukeş Ambani -83,3 milyard dollar, hindistanlı, Hindistanda neft emalı, neft və qaz, telekommunikasiya və pərakəndə satış şirkətlərinin sahibi olan Reliance Industries holdinqinin əsas sahibidir.
9. Stiv Ballmer -80,9 milyard dollar, amerikalı, keçmişdə o, əsas fiqurlardan biri və hətta Microsoft-un baş direktoru idi, sərvətini əsasən bu şirkətdəki bonuslar və maaşlar hesabına əldə edib.
10. Fransuaza Bettencourt-Meyers - 80,7 milyard dollar, fransızdır və ilk onluğa daxil olan yeganə qadındır. LʼOreal ətir imperiyasının əsas varislərindən biridir.