“Növbəti beş ildə qlobal iqtisadiyyat təxminən 3 faiz arta bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva deyib.
O bildirib ki, bu, dünya iqtisadiyyatının 1990-cı ildən bəri ən aşağı artım tempi üzrə gedəcəyini göstərir: “Proses çətin və dumanlıdır. Qlobal ailəmizin ən zəif üzvləri üçün zəngin ölkələrin daha artıq töhfə verməsi çox vacibdir. BVF-yə verilən resurslar artırılmalıdır ki, ehtiyacı olan ölkələrə daha az xərcli kreditlər verilsin”.
Georgiyeva qeyd edib ki, qlobal artım ötən il pandemiyadan sonrakı dəyərini iki dəfə azaldıb və 3,4 faizə düşüb: “2023-cü ildə artımın 3 faizdən aşağı düşəcəyi gözlənilir. BVF-nin gözləntilərinə görə, dünyanın inkişaf etmiş iqtisadiyyatlarının demək olar ki, 90 faizində artımın azalması müşahidə olunacaq. İxrac etdikləri məhsullara tələbat azalsa da, aşağı gəlirli ölkələr də yüksək borc xərcləri ilə üzləşiblər.
Bu, ciddi zərbədir və aşağı gəlirli ölkələrin digərinə çatmasını çətinləşdirir. COVID böhranı ilə başlayan yoxsulluq və aclıq tendensiyası daha da təhlükəli nöqtəyə çata bilər. Maliyyə təzyiqinin məhdud qalması şərtilə inflyasiya ilə mübarizə üçün faiz dərəcələrinin artırılmasını dəstəkləyirik”.