Şəkərin qiymət indeksi mart ayında əvvəlki ayla müqayisədə 1,5 faiz artaraq 2016-cı ilin oktyabr ayından bu yana ən yüksək səviyyəyə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.
Bildirilir ki, qiymət artımında Hindistan, Tailand və Çində hasilatın azalacağı gözləntilərinin təsirli olub.
Bununla belə, Braziliyada yığılmaqda olan şəkər qamışı ilə bağlı müsbət proqnoz qiymətlər üzərində yüksələn təzyiqi məhdudlaşdırıb.
“Beynəlxalq xam neft qiymətlərinin aşağı düşməsi, Braziliyada şəkər istehsalında şəkər qamışından daha çox istifadənin təşviq edilməsi və Braziliya realının ABŞ dollarına nisbətdə zəifləməsi dünya şəkər qiymətlərinin aylıq məhdud artımına səbəb olub”, - deyə məlumatda bildirilir.
Aprelin 6-da Nyu-Yorkda xam şəkərin qiyməti 2,2 faiz artaraq 2016-cı ilin oktyabrından bəri ən yüksək həddə çataraq funt üçün 23,46 sentə çatıb.