10 Aprel 2023 20:09
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ dollarından asılılığı azaltmaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Çinə üç günlük səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavabda deyib.

Makron iddia edib ki, Avropa silah və enerji baxımından ABŞ-dan asılılığını artırıb: “İndi Avropa müdafiə sənayesinin inkişafına diqqət yetirməlidir. Təklif edirəm ki, Avropa həm Moskvanın, həm də Pekinin əsas siyasət məqsədlərindən biri olan “ABŞ dollarının transsərhədindən” asılılığını azaltsın.

İki fövqəlgüc arasında gərginlik artarsa, bizim strateji muxtariyyətimizi maliyyələşdirmək üçün vaxtımız və resurslarımız olmayacaq və biz asılı vəziyyətə düşəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər