“Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərini, Trans-Anadolu Təbii Qaz Boru Kəməri “TANAP”ı istifadəyə verdik, daha sonra TANAP Yunanıstan üzərindən İtaliyaya gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez AK Partiyanın seçki manifesti toplantısından öncə deyib.
Dönmez bazarlara çıxış imkanlarının tapıldığını da qeyd edib: “Buraya gələrkən Azərbaycanın energetika naziri, əziz dostum Pərviz bəy (Şahbazov) zəng etdi və biz Naxçıvana təbii qaz kəmərinin çəkilməsi layihəsi ilə bağlı vəziyyəti müzakirə etdik. Biz Azərbaycanla elektrik enerjisi sahəsində də əməkdaşlıq edirik. Bütün sahələrdə əməkdaşlıq davam edəcək”.