17 Aprel 2023 12:35
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin 4 faizi ölkənin Dövlət İnvestisiya Fondu daxilində “Səudiyyə Ərəbistanı İnvestisiya Şirkəti”nə təhvil verilib.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman açıqlayıb.

Salman qərarının Səudiyyə milli iqtisadiyyatının uzunmüddətli perspektivdə inkişaf etdirilməsi, resurslarının şaxələndirilməsi, investisiya sahələrinin artırılması və “2030 Vizyonu”na sərmayə qoyuluşunun artırılmasına töhfə vermək məqsədi daşıdığını deyib: “Payın təhvil verilməsindən sonra dövlətin 90,18 faiz ilə “Saudi Aramco”nun ən böyük səhmdarı olaraq qalacaq”.


Müəllif: Yeganə Oqtayqızı