20 Aprel 2023 21:43
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin iyun ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 81 ABŞ dollarına düşüb.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 18:42-yə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin dəyəri 2,55% azalaraq 81 dollar olub. Saat 18:45-də “Brent” markalı neftin bir barelinin qiyməti 81,15 dollar (-2,37%) təşkil edib.

Eyni zamanda 2023-cü ilin iyun ayında tədarük üçün nəzərdə tutulan WTI markalı xam neftin fyuçersləri 2,41% ucuzlaşaraq bir barel üçün 77,33 ABŞ dolları olub.


Müəllif: Teleqraf.com