Rusiyanın tavan qiymət tətbiqində iştirak edən ölkələrə neft və neft məhsullarının tədarükünü qadağan edən qərara düzəliş olub.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Rusiyanın tavan qiymət tətbiqində iştirak edən dost ölkələr neft və neft məhsullarının tavan qiymətdən aşağı tədarükünə qoyulan qadağa çərçivəsindən çıxarıb.
Qeyd edək ki, Putinin dekabrın 27-də imzaladığı fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan olunmuşdu.
2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkələr mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.