1 May 2023 23:40
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bank böhranında adı hallanan “First Republic” Bankı bağlanıb.

Teleqraf.com xəbər verir ki, Federal Əmanətlərin Sığortalanması Fondunun (FDIC) verdiyi açıqlamada Kaliforniyanın Maliyyə Müdafiəsi və İnnovasiyalar Departamentinin “First Republic” Bankı bağlandığı bildirilib.

Bankın 93,5 milyard dollarlıq əmanətlərinin hamısı (sığortasız əmanətlər daxil olmaqla) və aktivlərinin böyük hissəsi “JPMorgan”a satılacaq.

Açıqlamada deyilir ki, “First Republic”nın 13 aprel tarixinə cəmi 229,1 milyard dollar aktivi və 103,9 milyard dollar depoziti var.

Sabahdan etibarən ələ keçirilən bankın 8 ştatda yerləşən 84 ofisi “JPMorgan Chase” Bankın filialları olaraq yenidən açılacaq.

“First Republic” Bank faiz dərəcələrinin kəskin yüksəlməsindən sonra ABŞ-da 2 ay ərzində müflisləşən üçüncü bank olub. Bankın səhmlərinin düşməsi keçən həftə açıqlanan birinci rüb balans hesabatından sonra dərinləşib və bankı ayaqda saxlayacaq bir yardıma ümidlər azalıb.

Cümə günü 50 faizdən çox ucuzlaşan səhm qiymətləri ilin əvvəlindən bu yana dəyərinin təxminən 99 faizini itirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər