Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları, yaxud 1 % azalaraq 78,04 ABŞ dolları təşkil edib.
Bu barədə Teleqraf.com-a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 74,17 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.