24 May 2023 18:11
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqəmsal avro 3-4 ildən sonra dövriyyəyə buraxıla bilər, lakin əsginaslar tələbat olduğu müddətcə dövriyyədə olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Fabio Panetta deyib.

O, irəliləyişlə bağlı qeydlərə baxanda prosesin ilkin mərhələsində olduqlarını və daha çox çalışmağın lazım gəldiyini vurğulayıb.

ECB rəqəmsal avronun digər mərkəzi bank rəqəmsal valyutaları ilə birlikdə ticarət edilməsini təmin etmək üçün ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada, Yaponiya və İsveçin mərkəzi bankları ilə sıx əməkdaşlıq edir.


Müəllif: Yeganə Oqtayqızı