“Faiz dərəcələrinin aşağı salınması hələ tezdir və bu addımları 2025-ci ildə gözləmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Qətər İqtisadi Forumunda deyib.
O hesab edir ki, mərkəzi bankların koordinasiyalı şəkildə qətiyyətlə hərəkət etməsi sürətlə yüksələn istehlakçı qiymətləri indeksi inflyasiyanın azalmasına səbəb olub: “İstehlakçı qiymətləri indeksi inflyasiyasından fərqli olaraq, ərzaq inflyasiyasında real azalma yoxdur. Mərkəzi banklar kursda qalmalıdırlar, çünki faiz dərəcələrində erkən geri addım atarlarsa, inflyasiya iqtisadi artım üçün problemə çevrilə bilər. Mərkəz banklar bu səbəblərdən ötəri faiz artırma siyasətini davam etdirəcək. Faiz endirimlərini 2025-ci ilin əvvəlindən tez gözləmirik”.
Qeyd edək ki, iki il davam edən epidemiya və sonra başlayan Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyatda inflyasiya kimi ciddi problemlər yaratdı.
FED bu prosesdə siyasət faizini 2022-ci ilin yanvarında 0,25 faizdən 5,25 faizə, Aİ Mərkəzi Bankı isə 2022-ci ilin iyun ayında faiz dərəcəsini mənfi 0,5 faizdən 3,25 faizə yüksəldib. İngiltərə bankı isə bu müddət ərzində faiz dərəcələrini 10 dəfədən çox artırıb.