25 May 2023 18:48
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə bu günə qədər Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivini dondurub.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Kristian Viqand deyib.

Viqand Aİ-nın 10-cu sanksiya paketi çərçivəsində üzv ölkələrdəki qurumların Rusiya Mərkəzi Bankının bloklanan aktivləri və ehtiyatları barədə məlumatı mayın 12-dək Aİ Komissiyasına vermək məcburiyyətində olduğunu xatırladıb:

“Aİ-yə üzv dövlətlər Komissiyaya Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurduqları barədə məlumatı təqdim ediblər. Ukraynaya vurduğu zərərin əvəzini Rusiyaya ödətdirməkdə qərarlıyıq. Bu məsələdə işlər intensiv şəkildə davam edir”.

Qurum rəsmisi qeyd edib ki, Rusiya aktivlərinin necə qiymətləndiriləcəyi məsələsi Aİ Şurasının strukturunda yaradılan işçi qrupda müzakirə edilir: “Bu qrup dünən son iclasını keçirdi. Rusiyanın dondurulmuş aktivlərinin Ukraynada istifadə variantlarından biri də Rusiya Mərkəzi Bankının qaynaqlarıdır. Bu aktivlərin faizi Ukrayna üçün istifadə oluna bilər”.

Qeyd edək ki, Qərb ölkələrində Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya Mərkəzi Bankının ümumilikdə 300 milyard dollar ehtiyatı dondurulub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər