6 Yanvar 2015 14:35
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-ci ilin yanvar-noyabr aylarında 2013-ci ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana edilən ixracın həcmi 21%, təxminən 136 milyon dollar azalıb.

Teleqraf.com newsgeorgia.ru-ya istinadən xəbər verir ki, bu da ixracın ümumi həcminin 510,7 milyon dollar təşkil etməsi deməkdir.

2014-ci ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 252,3 mln. dollar dəyərində minik avtomobilləri ixrac olunub ki, bu da 2013-ci ilin eyni dövründə olduğundan 117,5 mln. dollar azdır. Armatur ixracatında isə artım müşahidə olunub. Hesabat dövründə Azərbaycana 53,2 mln. dollar məbləğində armatur ixrac olunub ki, bu da 2013-ci ilin yanvar-noyabr ayların ilə müqayisədə 16 mln. dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana idxalın həcminin artması qeydə alınıb. 2014-ci ilin yanvar-noyabr aylarında ötən il ilə müqayisədə Azərbaycandan Gürcüstana idxalın həcmi 1,8%, artıb.
2014-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı ölkələri arasında ikinci yerdə olub. Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsi bu dövr ərzində təxminən 1 milyard 77 milyon dollar təşkil edib.

Samir


Müəllif: