Azərbaycanın 2024-cü ildə xam neft hasilatını sutkada 551 min barelə çatdıracağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi bu gün keçirilən nazirlərin 35-ci görüşündən sonra blok tərəfindən razılaşdırıldığı kimi 2024-cü ildə gündəlik 40,46 milyon barel səviyyəsində müəyyən edilib.
Bundan əvvəl OPEC 2023-cü ildə Azərbaycanın maye karbohidrogen tədarükünün sutkada 37 min barel artaraq orta hesabla 0,7 milyon barel səviyyəsinə çatacağını proqnozlaşdırmışdı.
2023-cü ilin aprel ayında Azərbaycanda gündəlik xam neft hasilatı sutkada 512 min barel təşkil edib. Ölkədə gündəlik neft hasilatı kondensatla birlikdə sutkada 626 min barelə çatıb.