6 İyun 2023 22:38
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 2023-cü il üçün ÜDM-nin artım tempi 2,2% səviyyəsində proqnozlaşdırılır ki, bu da yanvardakı gözləntilərdən 0,6 faiz bənd aşağıdır.

Teleqraf.com xəbər verir ki, bu proqnoz Dünya Bankının (DB) bu gün dərc edilən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun hesabatında verilib.

DB-nin hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5% (yanvar proqnozu 2,6% idi), 2025-ci ildə isə 2,6% təşkil edəcək.

Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi – red.), real artım 1,8% (2,7% faiz) səviyyəsində qiymətləndirilir.

O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 faiz (4,5 faiz) səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6% təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1% artıb.


Müəllif: Teleqraf.com