Tbilisidə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sənəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulmasını, gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsini, qanunvericiliklə bağlı təcrübə mübadiləsinin aparılmasını özündə ehtiva edir.